Ermənistan bu dərslikdəki “səhvlər”dən danışır – Sərt reaksiya

“7-ci sinif “Erməni tarixi” dərsliyi ilə bağlı müzakirələr aylardır davam edir. Mütəxəssislər, valideynlər, professorlar, müəllimlər dərslikdən danışırlar”.

Globalinfo.az xəbər verir ki, bunu dərsliyin müəllifi Smbat Ovannisyan yerli İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, dərsliyə qarşı aparılan kampaniya siyasi məzmun daşıyır.

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Ruslan Tsakanyan isə dərslikdə Ağrı dağının təsviri olmamasına sərt reaksiya verib.

O, sözügedən “ixtisar”ın dövlət sifarişi olduğunu bildirib.

Safura Bənnayeva
Globalinfo.az