ermeni herb

***
11:34

Ermənistan ordusunun dünən itən hərbçisi bu gün axtarış-xilas etmə işləri nəticəsində tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, hərbçinin həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, dünən Ermənistan ordusunun hərbçisi dayaq məntəqələrindən birinə qida çatdıran zaman dumanlı hava şəraitində itib. Ermənistan tərəfi onun Azərbaycanın nəzarətindəki bölgəyə keçdiyi haqqında məlumat yayıb. Daha sonra isə erməni mətbuatı guya onun Azərbaycan tərəfindən əsir götürüldüyünü yazıb. Azərbaycan MN məlumatı rəsmən təkzib edib.

“Caliber” olayın detallarını paylaşıb. Saytın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Qaragöl ətrafında ötən gün və bu gün qatı duman var. 21 mart saat 14:00 radələrində Rusiya hərbçiləri Azərbaycan Ordusu ilə əlaqə saxlayaraq, bir erməni əsgərin azdığını və Azərbaycan sərhədini keçə biləcəyi barədə məlumat veriblər. Azərbaycan tərəfi hər hansı erməni əsgəri müşahidə etmədiklərini bildirib və dərhal da döyüş postlarına o istiqamətdə sərhəd pozulması müşahidə edərkən, atəş açmamağı tapşırıb. Məqsəd isə erməni əsgərin azması və Azərbaycan tərəfə keçməsi ehtimalında onun məhv edilməməsi olub.

Bundan sonra azan erməni əsgər özü yolu tapa bilib və erməni postlarına gedib çıxıb.

Paylaş: