Ermeniler soyqirim

O qədər bədbəxt xalqdırlar, bəzən nicatlarını belə özləri üçün faciəyə çevirirlər. Yazıq, əzilmiş obrazına girib, bundan divident əldə etməyə, üstünlük qazanmağa çalışırlar. Son 300 illik tarixləri türklərlə ziddiyyətdə, müharibələrdə keçdi. İnkişaf etmək, bəşəriyyətə faydalı olmaq əvəzinə dünyanın ən ciddi millətini özlərinə düşmən bəllədilər. Nəticə göz qabağındadır: erməni xalqı bu qədər olanlardan sonra xoşbəxt deyil! Əsrlərdir davam edən “mübarizələri” fiasko ilə nəticələndi və daha betər günlərə qaldılar. Əgər bir xalq bir neçə əsr çalışır, vuruşur və sonda bədbəxt olursa, demək, onun düşüncəsi ciddi mikrob qapıb. Xəstəliyi sağalmazdır. Nicatı yoxdur.

Ermənilərin gələcəyi görünmür. “İdeoloqları” bu xalqı uçurumun kənarına gətirib çıxarıb. Artıq erməni etnosu tarixin uçurumunun kənarındadır. Təsəvvür edin, ermənilər üç qonşusuna torpaq iddiası irəli sürüb. Və bunu konstitusiyalarına salıblar. Azərbaycandan, Türkiyədən, Gürcüstandan zorla torpaq qoparmağı qarşılarına məqsəd qoyublar. Elə bir mərhələ yetişib ki, əllərindəki torpaqların bunlarda qalıb-qalmayacağı sual altındadır. Bunu pafos hesab etməyin, lütfən. Gedən proseslərə bir az diqqətlə baxsanız, fikirlərimə haqq verərsiniz. Artıq Nikol Paşinyan bu qorxunc perspektivi anlamağa başlayıb. Ona görə də vəziyyəti xilas etmək üçün bəzi addımlar atmağa çalışır. Onu da xəstə kütlə devirməsə yaxşıdır. Paşinyan son 30 ildə ikinci nisbətən ağıllı erməni liderdir ki, Azərbaycanla müharibənin perspektivsiz olduğunu anlamağa başlayıb. Levon Ter-Petrosyan Qarabağ klanının, müharibə partiyasının güclü dövrünə rast gəldiyi üçün iqtidarda qala bilmədi. Onu Azərbaycanla sülh sazişi bağlamaq, münaqişəni sonlandırmaq istədiyi üçün devirdilər. Paşinyanın bəxti onda gətirib ki, hazırda Ermənistanda ən güclü mövqeyə sahib siyasətçidir. Üstəlik Köçəryan-Sərkisyan cinayətkar qruplaşması özünün tənəzzül dövrünü yaşayır. Yoxsa Paşinyana aman verməzdilər.

WhatsApp Image 2023 04 24 at 03.45.51

Dünən dünya ermənilərin növbəti barbarlığına şahid oldu. Azadlıq meydanındakı yürüşdə Türkiyə və Azərbaycan bayraqları yandırıldı. Bundan əvvəl də Azərbaycan bayrağını yandırmışdılar. 10 gün keçmədi, Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidməti özünün nəzarət-keçid postunu qoydu. İndən belə ermənilər o yoldan Azərbaycan  bayrağı və sərhədçilərimizin dəmir nəzarəti altında hərəkət edəcəklər.

Əslində, Azərbaycan dövlətinin addımları həm də ermənilərin xilası üçündür. 30 il Qarabağı, ətraf rayonları işğalda saxladılar. Nəticə? Böyük bir heç! Özlərini də, bizi də, regionu da 100 il geri saldılar. İşğal etdikləri torpaqları necə xaraba qoydular, hər kəs gördü. Erməni xisləti bütün dünyaya görk oldu. Onların bu vəhşiliyinə sərt etirazların olmamasına baxmayın, mədəni dünya erməni xalqını yaxından tanıdı. Bizim də nə qədər mədəni, humanist millət olduğumuz qısa müddətdə göründü. İşğaldan azad edilən torpaqlarda aparılan quruculuq-bərpa işləri kimin kim olduğunu dünyaya yaxşı göstərdi.

Prezident İlham Əliyev 2020-ci il dekabr ayının 1-də televiziya çıxışında Ermənistana çağırış etdi. Düşmənçiliyi kənara qoyub, normal birgəyaşayış üçün ölkəsinin mövqeyini açıqladı. 3+3 formatı da (Azərbaycan, Rusiya, Ermənistan, Türkiyə, İran, Gürcüstan)  Azərbaycana məxsus təklifdir. İlham Əliyev müharibə başa çatandan, 3 rayon müharibəsiz azad ediləndən sonra dəfələrlə Ermənistana əməkdaşlıq, sülh təklif edib. İki ildən çox zaman keçir bunun üstündən. Bu müddətdə təkliflərimizə normal yanaşılsaydı, ermənilər bu qədər mövqe itirməz, geri düşməzdilər.

l s95XiewZMQ

Bu gün – 24 aprel ermənilərin qondarma “qoyqırım” iddiasının 108-ci ili tamam olur. 108 ildir Türkiyəni böyük bir yalanla ittiham edirlər. Şərə, böhtana məruz qoyurlar. “Türklər bizi qırıb” deyib, dünyaya hay salıb haylar. Bu xəstə təfəkkürlü millət Türkiyəyə bu cür şər atmaqla ən çox özlərinə ziyan etdilər. Türkiyə kimi böyük, isti dənizlərə çıxışı olan dövlətlə bütün növ əlaqələri kəsilib.

“Soyqırım” həyasızlığının 108-ci ilinin tamamına 1 gün qalmış – 23 apreldə Azərbaycan Ermənistana tutarlı cavab verdi! İkinci “soyqırım” travması yaşadı erməni cəmiyyəti. Lakin məntiqlə bu addım onların xilasıdır. Ermənistanın gələcəyi, nicat yolu Azərbaycanla anlaşmadan, Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməkdən keçir. Dəyərləndirsələr, 29 min kvadratkilometr ərazidə yaşa biləcəklər. Yox, ənənəvi mövqedə israr etsələr, o zaman… Prezident İlham Əliyev ikinci variantda erməniləri nələrin gözlədiyini tam aydınlığı ilə söyləyib. Sitat:

“Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu istəyirlər, – rahat yaşaya bilərlər”.

Seçim ermənilərin, qərar Azərbaycanın!

Azər Ayxan
Globalinfo.az

Paylaş: