Ermənilər Ağdamda ekskavatorçunu öldürməyə cəhd etdi

Ermənistan SQ-nin Ağdamı atəşə tutması ilə törədilən terror hücumunda ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin əməkdaşı Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.

Baş Prokurorluqdan Globalinfo.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanıb.

“Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır”, – qeyd edilib.