Erməni yalanı yenə alt-üst oldu: Begleryanla bağlı həqiqət ifşa oldu – FOTO

Ermənilər yalan və saxtakarlıqda nə qədər məharətli olsalar da, çox zaman özlərini ifşa edirlər.

Globalinfo.az xəbər verir ki, növbəti erməni yalanı da elə onların öz əli ilə ifşa olub.

Belə ki, Azərbaycan sərhədçiləri dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən erməni Raşid Aramaisoviç Begleryanı saxlayıblar. Təbii ki, ermənilər onun müdafiəsinə qalxaraq R.Begleryanın yolu azdığını iddia etməyə başlayıblar. Ancaq elə bu yalanı da onlar özləri ifşa edə biliblər. Onlar öz paylaşımlarında R.Begleryanın Azərbaycan sərhədini keçməyə çalışdığını, piyada hərəkət etdiyini və Ermənistana yollandığını bildiriblər. Ancaq onun yolu azması və ya sərxoş olması ilə bağlı iddiaları səsləndirməyi unudublar.

Əliyar Xəlil

Globalinfo.az