Erməni xalqı Paşinyana inanmır – SƏBƏB

Ermənistan vətəndaşlarının 67 faizi Baş nazir Nikol Paşinyanın iyulun 25-də keçirilən mətbuat konfransında verdiyi cavablara inanmır.

Globalinfo.az xəbər verir ki, bunu “GALLUP Beynəlxalq Asossiasiyası”nın nümayəndəsi Aram Navasardyan jurnalistlərə açıqlamasında deyib.

“16,1 % tamamilə inanır, 14,5 % əsasən güvənir, 13,1 % etibar etmir, 54,4% isə ümumiyyətlə Nikol Paşinyana etibar etmir. Nəticə olaraq insanların əksəriyyəti ona və cavablarına inanmır”-deyə, Navasardyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az