Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarının ildönümü günündə Ermənistandakı ab-hava separatçıları məyus edib.
Globalinfo.az xəbər verir ki, Qarabağdan köçən ermənilərin sadəcə bir qismi və keçmiş qondarma rejimin separatçı qalıqları ölənlərin dəfn olunduğu “Yerablur” məzarlığını ziyarət edib.
Separatçı rejimin İrəvandakı nümayəndələrinə yaxın media qurumları həmin günün bütün Ermənistanda matəm kimi qeyd olunacağını güman edib. Lakin hökumət bir yana, yerli əhali belə ildönümünü yada salmayıb. Ölkənin müxtəlif yerlərində məşhur erməni müğənnilərin konsertləri keçirilib. Restoranlarda, meydanlarda insanlar adi günlərdəki kimi əyləniblər.
Separatçılar sadəcə hökumətin Qarabağı unutdurmağa çalışdığı iddia etsə də, artıq Ermənistan əhalisinin bu məsələyə diqqətlə yanaşmaması onları təəccübləndirib və kədərləndirib. 19 sentyabrda sosial şəbəkələrdə də təşkilatlanma və Azərbaycana qarşı ittiham dolu paylaşımların olacağı gözlənilib, lakin bu baş verməyib.
Ayşən Mustafa
Globalinfo.az