“Türk məhəlləsi”ndə erməni hərbçilər arasında dava: yaralı var

Ermənistanın Stepanavan (Cəlaloğlu – red.) rayonunun “Türk məhəlləsi” adlanan ərazisində erməni hərbçilər arasında dava olub.

Globalinfo.az xəbər ki, bu barədə “Armlur” məlumat yayıb.

Hadisənin aprelin 1-i saat 21:00 radələrində baş verdiyi bildirilir.

Məlumata görə, rayonun “Türk məhəlləsi” adlanan ərazisində Ermənistan ordusunun iki müqaviləli əsgəri arasında insident olub. Mübahisə hərbi hissədə başlayıb, daha sonra küçədə davam edib. Nəticədə hərbçilərdən biri o birinə bıçaqla xəsarət yetirib.

Yaralı hərbçi xəstəxanaya çatdırılıb, vəziyyətinin necə olduğu məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az