Erməni futbolçuların buraxılması görüntüləri yayıldı – VİDEO

Azərbaycan bayrağını təhqir etdiyinə görə həbs edilən 3 erməni əsilli futbolçunun “Laçın” sərhəd-keçid məntəqəsindən deportasiya edilməsinin görüntüsü yayılıb.

Globalinfo.az həmin görüntünü təqdim edir:

Qeyd edək ki, azadlığa buraxılan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.