Erməni ekspert: “Razılaşma alınmayacaq, Zəngəzur itiriləcək”

“Ermənistanın Azərbaycan və Türkiyə ilə razılaşması alınmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Karen İgidyan deyib.

Onun sözlərinə görə, Paşinyanın sülh gündəmini davam etdirməsi Ermənistanın məhvi mənasına gələcək:

“Paşinyan Qarabağı nə qədər tez satsa, Zəngəzura da növbə o qədər tez çatacaq. Daha sonra İrəvana yol görünəcək. Qarabağ və Zəngəzur məsələsi İrəvan məsələsidir. Qarabağı verməklə İrəvanı da satırıq”.

Qeyd edək ki, Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu Paşinyan özü də dolayı yolla dəfələrlə etiraf edib.

Gülnar Səlimova
Globalinfo.az