Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfər edib.
Globalinfo.az xəbər verir ki, Türkiyə liderini Ercan hava limanında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar qarşılayıb.
Ərdoğan səfər çərçivəsində Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.
***10:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, rəsmi mərasimə Ərdoğanla yanaşı CHP sədri Özgür Özəl və MHP lideri Dövlət Baxçalı da qatılacaq.
Hərbi dəniz paradında 50 hərbi gəmi ilə birgə, Türkiyənin ilk amfibiya gəmisi – “TCG Anadolu” da iştirak edəcək.
Bundan başqa, F-16 qırıcı təyyarələrinin iştirakı ilə uçuşlar həyata keçiriləcək.
Həmçinin, 50 illik yubileyin şərəfinə adada 50 top atəşi açılacaq.