ap23190280086881 pic 32ratio 900x600 900x600 89856

Fransanın sağçı “Patriots” partiyasının rəhbəri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək qərarını tənqid edib .

Globalinfo.az xəbər verir ki, o, öz fikirlərini “X” hesabında paylaşıb.

“Bu, bizi Rusiya ilə birbaşa münaqişəyə aparacaq təmiz dəlilikdir, bu, əsl fəlakətdir”, – deyə siyasətçi vurğulayıb.

O qeyd etdi ki, Paris Barkhane əməliyyatı zamanı daha az qoşun yeridib. Filippot Makronun impiçmentinə çağırıb.

Daha əvvəl Fransa və Böyük Britaniyanın Ukraynaya 15.000-ə qədər əsgər göndərməyə hazırlaşdığı bildirilib. Qoşunlara texnikaya xidmət göstərmək, Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək və müdafiə infrastrukturu qurmaq tapşırığı verildiyi deyilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: