Əməliyyat: 12 hədəf və yüksək rütbəli terrorçular məhv edildi

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın Qəndil və Qara bölgələrinə endirdiyi zərbələr nəticəsində PKK terror təşkilatına məxsus 12 hədəf məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Əməliyyat nəticəsində həmçinin terror təşkilatının yüksək rütbəli şəxslərinin də zərərsizləşdirildiyi bildirilib.