Əməkdar artistin vəziyyəti ağırlaşdı

“Artıq xəstəxana şəraitində qalması mümkün deyil, evə gətirmişik”.

Globalinfo.az bildirir ki, bu sözləri APA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimovun qızı jurnalist, sənətşünas Nisə Rzayeva deyib.

“Həkimlərin də ümidi yoxdur. Atamın vəziyyəti çox ağırdır”, – o qeyd edib.

Nisə Rzayeva atasının səhhəti ilə bağlı Teatr Xadimləri İttifaqının tez-tez maraqlandığını da vurğulayıb: “Bu çətin günlərdə yanımızda olduqlarına görə, Bakı Bələdiyyə Teatrı və İttifaqa minnətdarıq”.