Ermənistanın Baş naziri Nikol Paşinyanı təhdid edənlərlə bağlı cinayət işi başlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Onların şəxsiyyətinin müəyyən edilməsi üçün istintaq aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda avtomatlı şəxslər Ermənistan və qondarma “artsax”ın bayraqlarının önündə Nikol Paşinyana qarşı təhdidlər səsləndiriblər.