Dünyanın diqqəti Belqradda: Etirazçılar parlament binasına girməyə çalışır – FOTO/VİDEO


Serbiyanın paytaxtı Belqradda qərbyönümlü müxalifətin genişmiqyaslı mitinqi keçirilir.

Globalinfo.az xəbər verir ki, etirazçılar Serbiya parlamentinin binasına daxil olmağa çalışırlar.

“Serbiya Zorakılığa Qarşı” blokunun tərəfdarları Prezident Aleksandr Vuçiçin koalisiyasının qalib gəldiyi son seçkilərin nəticələrinin ləğv edilməsini tələb edirlər.

Bu, artıq Respublika Seçki Komissiyasının binası qarşısında keçirilən yeddinci etiraz aksiyasıdır.

A.Vuçiç vəziyyətlə bağlı xalqa müraciət edəcəyini bildirib.