Dünya əhalisinin sayı rekorda qalxır

Dünya əhalisi son bir ildə 75 milyon artıb. Yeni ilin ilk günü dünya əhalisinin sayı 8 milyarddan çox olacaq.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə “United States Census Bureau” məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin əvvəlində dünyada hər saniyədə 4,3 doğuş və iki ölüm hadisəsinin baş verəcəyi gözlənilir.