ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott Prezident Donald Tramp administrasiyasının avqustun 8-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” Məlumat yayıb.

“Mən bu barədə spekulyasiya etmək fikrində deyiləm”, – deyə Piqott jurnalistlərə açıqlamasında bildirib.

Bu sözləri o, Ukraynada cümə gününə qədər atəşkəs əldə olunmayacağı halda Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları tətbiq edib-etməyəcəyi barədə suala cavab olaraq deyib.

Tahir Turan

Globalinfo.az

Paylaş: