Dördgünlük körpənin ölməsi ilə bağlı rəsmi açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla dünyaya gələn dördgünlük körpənin ölməsi faktı ilə bağlı açıqlama verib.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, Ağstafa rayon sakini 23 yaşlı, 36 həftəlik hamilə Qasımova Pərvanə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub:

“Qız cinsli, çəkisi 2500 qram və boyu 48 santimetr olan uşaq Apqar şkalası üzrə 6/7 bal ilə qiymətləndirilib. Pediatrlarla konsilium təşkil olunub, zəruri tibbi müayinə və müalicə təyin olunub, yenidoğulmuş  süni tənəffüs cihazına qoşulub. Diaqnozu anadangəlmə soltərəfli bronxopnevmoniya olan uşaq 4-cü sutkasında aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəfat edib. Meyit təşrihə verilib”.