Bugünkü görüşdə nə müzakirə ediləcək? – İrəvandan kritik açıqlama

“Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə demarkasiya komissiyasının bu gün keçiriləcək iclasında xəritələr məsələsinə aydınlıq gətirilməsini gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Asambleyasının spikeri Alen Simonyan deyib.

Spiker indiyədək xəritələrlə bağlı problemlərin olduğunu bildirib.

“Ermənistan bu prosesə hazırdır. Biz Azərbaycanla sərhədin konkret haradan keçdiyini göstərə bilərik. Görüşün yenidən şərti sərhəddə – İcevan və Qazax arasında keçirilməsində heç bir yanlışlıq yoxdur. Burada vacib olan odur ki, danışıqlar iki ölkənin sərhədində aparılır”, – A.Simonyan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az