vahiddd

İran hər dəfə danışıqlara xoş niyyətlə daxil olsa da, qarşı tərəfə heç bir etibar yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Vahid Əhmədi deyib.

O qeyd edib ki, əgər ABŞ İranın tələblərinə diqqət yetirməsə və müsbət cavab verməsə, Tehran nə danışıqlara bağlanır, nə də onlardan böyük gözlənti güdür.

Əhmədi bildirib ki, hazırda qərarı ABŞ verməlidir: ya İranın tələblərini qəbul edəcək, ya da etməyəcək.

Onun sözlərinə görə, əgər Vaşinqton bunu etməzsə, Tehran prosesin davamı və hətta münaqişənin eskalasiyası ilə bağlı çəkinməyəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: