1000035806

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini başa çatdırıb.

Globalinfo.az Yenicag.az-a istinadən xəbər verir ki, İqlim Forumu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilib.

26843751 0c89 442d 8bda a860824cd60c scaled

Forumda iştirak üçün Azərbaycandan Özbəkistana səfər edən layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan Gənclər Fondunun nümayəndələri Emil Yusifov və Zaur Osmanov, “Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri Nahib Bədəlov və Famil Məmmədov səfərin ilk günü ulu öndər Heydər Əliyevin Daşkənddəki abidəsini ziyarət edib, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev ilə görüşüblər.

7f8d4a0d 4ea1 4351 b352 a44d47dd1c00

Səmimi şəraitdə keçən görüşdə H.Quliyev forumun Azərbaycan və Özbəkistan üçün mühüm əhəmiyyətinə diqqət çəkib və forum iştirakçılarına uğurlar arzulayıb.

e38aca03 3d91 4efb 8994 2a804521f748 scaled

Səfər zamanı nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edib, orada Azərbaycanla bağlı mədəni fəaliyyətlərlə tanış olublar. Mərkəzin sədr əvəzi Nadir Əlimirzəyev qonaqları mədəniyyət mərkəzinin fəaliyyəti ilə tanış edib.

944b81cf 181c 4466 8360 b7d69d2ec537 scaled

Daha sonra Özbəkistan Həmkarlar İttifaqında Xusen Ermatovun təşkilatçılığı ilə Özbəkistanın media rəhbərləri ilə forumun nümayəndə heyəti arasında geniş görüş baş tutub. Görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı media əlaqələri, ekoloji problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.

30a0bb50 12e4 40cf a363 7fed8bd0c6c8 1 scaled
07a2f81d 40b4 44a3 b36f 2e21782c5ec9 1 scaled

Forumdan öncə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə universitetdə yaradılmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.

83d1f2a5 2e66 4b04 bb22 ad7b108a4f4f scaled e1729683391857

Səfərin ikinci günü Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçirilib.

62a2fcff edb3 44b8 8fc1 d20a754be15a
e617c2b1 63f7 4aed ae9b 51ea2b5ff8f1

Forumda çıxış edən layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər layihənin gerçəkləşdirmə məqsədinin 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb. O bildirib ki, “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”nun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.

Jurnalistlər İttifaqındakı görüşdən sonra Özbəkistan Gənclər İdarəsinin rəsmiləri və Daşkənd Beynəlxalq Vestminster Universitetinin rektoru Kamiljon Karimov ilə görüşən nümayəndə heyətini Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları Yusif Məmmədov və Vüqar Mirzəyev müşayiət edib. Hər iki görüşdə Azərbaycan-Özbəkistan gənclərinin ortaq fəaliyyəti müzakirə olunub.

c29e37e2 1d6f 446b b2bf d8633e1dd5fd scaled
2e49e26d 7a40 415d 9acf d184b1044c67 1 scaled
0afe3df7 b0e5 49e9 ad74 4eb8ec04388f scaled
c29e37e2 1d6f 446b b2bf d8633e1dd5fd scaled
0afe3df7 b0e5 49e9 ad74 4eb8ec04388f
c29e37e2 1d6f 446b b2bf d8633e1dd5fd
62a2fcff edb3 44b8 8fc1 d20a754be15a
7f8d4a0d 4ea1 4351 b352 a44d47dd1c00
e617c2b1 63f7 4aed ae9b 51ea2b5ff8f1

Paylaş: