Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla qapalı görüşdə Rusiya lideri Vladimir Putin haqda təəccüblü bir açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
“Si Cinpin Ukraynada müharibənin dördüncü ilinə daxil olmasını və cəbhədə yaranan durğunluğu müzakirə edib.
O, Trampa bildirib ki, Vladimir Putin Ukraynaya hücum qərarına görə gələcəkdə peşman ola bilər”, – deyə qeyd olunub.
Qəzet yazır ki, bu açıqlama Si Cinpinin mövzu ilə bağlı əvvəlki ehtiyatlı mövqeyindən fərqlənir.
Eyni görüşdə Tramp da ABŞ, Çin və Rusiyanın bəzi qlobal məsələlərdə ortaq hərəkət etməsinin mümkünlüyünü gündəmə gətirib.
O, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ABŞ-a qarşı “siyasi alət” kimi istifadə olunduğunu iddia edib.
Tramp bu səbəbdən üç ölkənin məhkəməyə qarşı vahid mövqe sərgiləməsini təklif edib:
“Görüşün Pekində keçirilən qapalı sammit zamanı baş verdiyi və gizli saxlanıldığı bildirilir. Analitiklər Moskva–Pekin münasibətlərində rəsmi ritorikaya baxmayaraq müəyyən strateji gərginliklərin ola biləcəyini istisna etmirlər. Ukraynada müharibənin gedişində pilotsuz uçuş aparatlarının artan rolu da vəziyyəti dəyişən əsas amillərdən biri kimi göstərilir.
Ümumilikdə, Kiyevin Rusiyanın daxilinə endirdiyi dron zərbələri Moskvanın təhlükəsizlik narahatlığını artırıb. Buna görə də Pekinin müharibə ilə bağlı təhlillərini yenidən qiymətləndirdiyi qeyd olunur. Hadisə beynəlxalq siyasətdə ABŞ, Çin və Rusiya üçbucağında yeni müzakirələr yaradıb”.
Əliyar Xəlil
Globalinfo.az