cin scaled

Çində havanın temperaturunu azaltmaq üçün damlarda quraşdırılan xüsusi su dumanı (mist) sistemi tətbiq olunmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, sistem binaların damından xırda su damcıları püskürdərək ətraf mühitin temperaturunu cəmi bir neçə dəqiqə ərzində 5-8 dərəcə aşağı salır.

Bu innovativ üsul xüsusilə son günlər Avropada rekord istilərin müşahidə olunduğu bir dövrdə böyük maraq doğurub.

Sosial şəbəkələrdə yayılan görüntülər milyonlarla baxış toplayıb və bir çox istifadəçi bu texnologiyanı gələcəyin şəhərsoyutma həllərindən biri kimi qiymətləndirib.

Görüntüləri təqdim edirik:

 

Günel Cəlil
Globalinfo.az  

Paylaş: