cin abs 900x600 1

“Prezident Donald Trampın mətbuat brifinqi təxirə salınıb. Buna səbəb ABŞ Məxfi Xidmət agentinin üzərində silah olması ilə bağlı yaranan mübahisə olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

“Çin təhlükəsizlik rəsmiləri Cənnət Məbədi ərazisinə silahlı ABŞ Məxfi Xidmət agentinin girişinə icazə verməyib. Ona görə Trampın mətbuat konfransı təxminən 30 dəqiqə gec başlayıb”, – deyə nəşr yazıb.

Bildirilib ki, ABŞ və Çin rəsmiləri arasında gərgin danışıqlardan sonra kompromis əldə edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: