İndoneziyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Labuan Bajo bölgəsindən 60 kilometr məsafədə qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.