Zelenski təsdiqlədi: “Rəqibini” vəzifədən göndərmək istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Valeri Zalujnını işdən azad edəcəyinə dair iddialara aydınlıq gətirib. 

Globalinfo.az xəbər verir ki, prezident bu barədə İtaliyanın “RAI” telekanalına müsahibəsində danışıb.

O, Zalujnını vəzifəsindən uzaqlaşdırmaq niyyətində olduğunu təsdiqləyib.

V.Zelenski bildirib ki, sadəcə Ukraynada təkcə hərbi komponent deyil, bütün inzibati aparatın kadr yenilənməsinə ehtiyacı var. Bir sıra vəzifələr üzrə dəyişikliklərin edilməsini düşündüyünü vurğulayıb.

Qeyd edək ki, bəzi xarici KİV-lər Valeri Zalujnı ilə Volodimir Zelenski arasında bir müddətdir fikir ayrılığı olduğunu yazırdılar. Həmçinin iddialara görə, Qərb müharibəni bitirmək üçün V. Zelenskinin yerinə Zalujnını namizəd olaraq görür. Ukrayna Prezidentinin bu məlumatlardan narahat olduğu, Zlaujnı ilə münasibətlərinin gərginləşdiyi deyilirdi.

Əliyar Xəlil
Globalinfo.az