Çinin qərbində yerləşən Tibet Muxtar Rayonunda 7 bal gücündə zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın Yer Elmlərinin Tədqiqi üzrə Milli Mərkəzinin saytında məlumat dərc olunub.
Məlumata görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri təxminən 500 min nəfərin yaşadığı Naqçu dairəsində qeydə alınıb.
Episentrdən təxminən 400 kilometr məsafədə Tibet Muxtar Rayonunun inzibati mərkəzi olan Lhasa şəhəri yerləşir. Şəhərin əhalisi təxminən 860 min nəfərdir.
Zəlzələnin mümkün fəsadları və dağıntılar barədə hələlik məlumat verilməyib.
Əliyar Xəlil