cin zelzele 1

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının və zərərçəkənlərə yardımın sürətləndirilməsinə, humanitar yardımın operativ şəkildə bölüşdürülməsinə və insanların təhlükəsiz ərazilərə köçürülməsinin təmin edilməsinə çağırıb.

O, həmçinin seysmik vəziyyətin və hava şəraitinin nəzərə alınmasının, mümkün fəsadların qarşısının alınmasının və zədələnmiş infrastrukturun bərpasının vacibliyini vurğulayıb. Qeyd edək ki, yeraltı təkanlar 16 nəfərin ölümünə səbəb olub.

Paylaş: