Çin ABŞ və Aİ-nin hədəfində: Qorxunc sanksiyalar…

ABŞ və Avropa İttifaqı (Aİ) Çinə qarşı Rusiya əleyhinə məhdudlaşdırıcı tədbirlərə bənzər ixrac məhdudiyyətlərinin tətbiqi imkanlarını müzakirə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Bloomberg mənbəyə istinadən yayıb.

Agentliyin məlumatına görə, bu təklif dekabrın əvvəlində ABŞ və Aİ arasında keçiriləcək növbəti yüksək səviyyəli ticarət forumunun gündəliyi tərtib edilərkən irəli sürülüb.

Mənbə bildirib ki, Bayden administrasiyası Çinə ixracatla bağlı ikitərəfli məhdudiyyətlər tətbiq etmək üçün müvafiq üsullardan bəzilərini istifadə etməyi araşdırır:

“Avropa alyansının bütün üzvləri Amerika tərəfinin istəklərini dəstəkləmir. Bəzi ölkələr, o cümlədən Almaniya – Pekinin hərbi potensialını gücləndirmək və onlara qarşı sanksiyalar tətbiq etmək üçün hansı mallardan istifadə edə biləcəyini öyrənməyi təklif edib”.

Qeyd edək ki, Çinin xarici işlər naziri Vanq Yi bu gün ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında Vaşinqtonun Pekinə yeni ixraca nəzarət qaydası tətbiq etməklə azad ticarət qaydalarını pozduğunu bildirib .