CHP-nin Ədirnə vilayəti üzrə Qadın Qollarının sədri Burcu Birgül Çolak əri Ergin Çolakı bıçaqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, insident ailədaxili mübahisə zamanı baş verib. Hadisə zamanı Burcu əlindəki bıçağı ərinə tərəf atıb. Ergin Çolak səthi kəsik yaraları alıb. Ona ayaqüstü ilkin tibbi yardım göstərilib.
Tərəflər bir-birilərindən şikayətçi olmayıb.
Qeyd olunur ki, Ergin Çolak da Ədirnə Bələdiyyəsində işləyir.
Aysel Əliyeva
Globalinfo.az