Ceyhun Bayramovdan sülhlə bağlı müsbət mesaj

“Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqres var”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı zamanı deyib.

C.Bayramov bildirib ki, ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparılır. Eyni zamanda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı, iki ölkə arasında alternativ enerji sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri, SOCAR və BP arasında günəş enerjisinin istehsalı üzrə aparılan işlər, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlıq məsələləri müzakirə olunub.