Sabah Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Türkiyəyə yüksək səviyyəli nümayəndə heyəti də səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Radio NV” dövlət başçısının ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

Zelenskini səfərdə Prezident Ofisinin rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, prezidentin müşaviri İqor Jovkva və artıq Türkiyədə olan xarici işlər naziri Andrey Sibiqa müşayiət edəcək.

Mənbənin sözlərinə görə, danışıqların baş tutub-tutmayacağına və hansı formatda keçiriləcəyinə şəxsən Prezident Zelenski qərar verəcək. O, həmçinin ümid edir ki, Rusiya Prezidenti Vladimir Putin sabah Türkiyəyə gələcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: