İranın cənubunda, Hörmüz boğazı istiqamətində güclü partlayış səsi eşidilib.
Globalinfo.Az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Qeyd olunub ki, partlayış İran Silahlı Qüvvələrinin xəbərdarlıq atəşi açması və ya gəminin dəniz minasına düşməsi nəticəsində baş vermiş ola bilər.
Hadisənin dəqiq səbəbi və mümkün fəsadları barədə hələlik rəsmi məlumat verilməyib.