Ermənistanda lazımi qüvvələr hakimiyyətə gəlsə… – Camalyan

“Son illər erməni xalqının belini qırmaq, milli qürur və özünüdərkdən məhrum etmək məqsədi ilə Ermənistan dövlətçiliyinə qarşı genişmiqyaslı geosiyasi konspirasiya təşkil edilib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert, müdafiə nazirinin keçmiş müşaviri David Camalyan deyib.

“Hesab edirəm ki, Ermənistan dövlətinin “immuniteti” aşağı düşüb. Ermənistan dövləti məğlubiyyət virusuna yoluxub. Problem ondadır ki, Sərkisyanın vaxtındakı kimi insanları öz ətrafına yığmağa qadir şəxsiyyət yoxdur. Əgər ölkədə vəziyyət dəyişsə və hakimiyyətə lazımi qüvvələr gəlsə, o zaman 30 il ərzində etibarlı dayaq olmuş və ölkənin müdafiəsinə töhfə vermiş bütün mühüm strukturlar özünə gələ biləcək. Əsas vəzifələrdə düzgün insanlar olacaq və düzgün qərarlar verəcəklər”, – Camalyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az