beee

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) atəşkəs zamanı İrana hücum edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Əbu-Dabinin hücumlarının hədəflərindən biri aprelin əvvəlində İranın Fars körfəzindəki Lavan adasında neft emalı zavodu olub.

Bu, ABŞ və İran arasında atəşkəs elan edildiyi vaxt baş versə də, Əbu-Dabinin münaqişəyə qoşulmasını gizlicə alqışlayan Vaşinqtonun mənfi reaksiyasına səbəb olmayıb”, – deyə bildirilib.

Məlumata görə, BƏƏ silahlı qüvvələri Qərb qırıcı təyyarələri və müşahidə sistemləri ilə yaxşı təchiz olunub.

Qeyd edək ki, 8 apreldə ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumlarda iki həftəlik fasilə elan etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: