
İraq və Suriyaya terrorçuların və silahların daşınmasına cavabdeh olan İŞİD-in yüksək rütbəli komandiri məhv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığı məlumat yayıb.
“Qüvvələr terrorçu Samir Xızır Şərif Şihan ən-Nəmravini məhv edib”, – komandanlığın bəyanatında deyilir.
Qeyd edilib ki, terrorçu İraqın Ənbar əyalətində dinc sakinlərə qarşı əməliyyatlarda iştirak edən yaraqlılara komandanlıq edib.