tiqranabramyan

“Paşinyanın Sünikə iki günlük səfəri stereotipləri və Nikolun qorxularını yıxmaq məqsədi daşıyırdı”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Şərəfim var” Partiyasının parlament fraksiyasının katibi Tiqran Abramyan yazıb.

Onun sözlərinə görə, güc strukturları son günlər Paşinyanın səfərinə hazırlaşıblar. Səfər zamanı Paşinyana suallar verən, üzünə gülümsəyən, xoşagəlməz hallar yaratmayacaq insanlar seçiliblər.

T.Abramyan qeyd edib ki, küçələrin təmiri və lent kəsilməsi mərasimləri təhlükəsizlik problemlərini ikinci plana atmağa kifayət etməyib:

“Qafan istiqamətindəki atışma buna parlaq nümunədir. Hakimiyyət propaqandası hər nə qədər “şən və xoşbəxt” Zəngəzur konsepsiyasını irəli sürsə də, təhlükəsizlik problemləri bununla həll olunmur. Azərbaycan mövqelərindən 100 metr məsafədəki aeroport sərnişin daşınmaları üçüm təhlükəsizlik qarantı ola bilməz”.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: