Məşhur müğənnini ölümlə hədələdilər

Türkiyəli müğənni Özcan Dəniz iranlı həyat yoldaşı Samar Dadqarla qaldığı evin sahibi ilə mübahisə yaşayıb.

Globalinfo.az Axşam.az-a istinadən xəbər verir ki, bağda aparılacaq işlərlə əlaqədar Özcandan avtomobilini evin önündən çəkməsi istənilib. Müğənni isə bu işlərlə bağlı öncədən ona məlumat verilmədiyini deyib.

Bundan sonra ev sahibi onu sərt formada təhdid edib. O, Özcanı “Sən ölməyə layiqsən, silahımı götürməyə gedirəm, sən də götür” deyərək hədələyib.

Bundan sonra Özcan polisə müraciət edib. Samar da verdiyi ifadədə həyatlarının təhlükədə olduğunu, telefonu göstərib polisə zəng edəcəyini deməsəydi, ev sahibinin həqiqətən də silah götürməyə gedəcəyini söyləyib.