Bu il I sinfə gedən uşaqların sayı açıqlandı

Bu il 152 minə yaxın şagird ilk dəfə məktəbə ayaq basacaq.

Bu barədə Globalinfo.az-a Təhsil Nazirliyindən verilən məlumatda deyilir.

2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedəcək.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.