“Ən yaxşı təqdimat” müsabiqəsi Azərbaycanın köklü, ənənəvi təhsil müsabiqələrindən birinə çevrilib”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, gələcək nəsillərə Ulu Öndərin ideyalarını, fikirlərini təlqin etməliyik:
“Hər bir təhsil sisteminin qarşısında həmişə iki böyük məqsəd durur. Birincisi, bilik və bacarıqların əldə 0lunması, ayrı-ayrı fənlər, ayrı-ayrı biliklər, ayrı-ayrı bacarıqlar əldə etməkdir. Özlüyündə təlim nəticələrinə nail olmaq müəyyən mənada mürəkkəb məsələ olsa da, nisbətən daha asandır.
Bundan daha çətin olan isə tərbiyə, dəyərlər və şagirdlərin vətənpərvərlik ruhunda böyüməsidir. Məhz ikinciyə nail olmaq üçün Ulu Öndərin irsinin öyrənilməsi, onun fikir və ideyalarının yeni nəsil gənclər arasında təbliği olduqca vacibdir. Bu xəzinədən bəhrələnmək hər bir Azərbaycan məktəblisinin qarşısında duran, öyrənməli olduğu vacib vəzifələrdən biridir”.
Zaira Akifıqız
Globalinfo.az