2026 01 25T204144Z 1813507359 RC2H8JAPWLG6 RTRMADP 3 USA TRUMP GREENLAND pic4 zoom 1500x1500 79881

“Danimarka hökuməti ABŞ-ın Qrenlandiyaya üzən xəstəxana göndərmək planlarından xəbərsizdir”.

Globalinfo.az xəbər verir ki, bunu Danimarka müdafiə naziri Troels Lund Poulsen deyib.

“Qrenlandiya xalqı lazımi tibbi yardımı alır. Bizim xüsusi səhiyyə tədbirlərinə ehtiyacımız yoxdur”, – deyə o bildirib.

Danimarka müdafiə naziri əlavə edib ki, ABŞ-dan kömək istəməyiblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yerli sakinlərə qulluq etmək üçün Qrenlandiyaya üzən xəstəxana göndərəcəyini açıqlamış və gəminin “artıq yola düşdüyünü” qeyd etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: