Bakı Apelliyasiya Məhkəməsində hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apeliyasiya şikayətinə baxılıb.
Globalinfo.az xəbər verir ki, məhkəmə Əli Kərimlinin şikayətini təmin etməyib.
***11:03
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu gün (5 dekabr) saat 14:20-də Bakı Apellyasiya Məhkəməsində Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq.
Qeyd edək ki, 1 dekabrda Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Əli Kərimli barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.