Yəməndəki Husilər Təl-Əvivə ballistik raketlər atdıqlarını bildiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Məlumata görə, raketlərin bəzisi zərərsizləşdirilib, lakin hücum nəticəsində bir neçə əraziyə zərər dəyib.
Xatırladaq ki, İsrail, ABŞ və İran arasındakı münaqişə 28 fevraldan bəri şiddətlənməkdədir. Husilər bir ay sonra münaqişəyə qoşulublar.
Tahir Turan
Globalinfo.az