m

“İngiltərənin Mançester şəhərində sinaqoqa edilən hücum terror aktıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin məlumatına görə, terrorla mübarizə polisi bu hadisəni terror hücumu adlandırıb.

Bunu terrorla mübarizə polisinin komissarının köməkçisi Lourens Taylor da təsdiqləyib.

Hücum edən şəxs güllələnib.

Xatırladaq ki, Mançesterdə bıçaqlı şəxs sinaqoqa hücum edib. Hadisə “Middleton Road”dakı Heaton Park sinaqoqunda baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, basqın edən şəxs əvvəlcə avtomobili insanların üstünə sürüb, sonra isə bıçaqla onlara zərbə endirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: