“Respublikaçılar Partiyasının namizədi Donald Tramp uduzarsa, ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri bu ölkə üçün sonuncu seçki ola bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask özünün “X” hesabında yazıb.
“Çox az amerikalı başa düşür ki, Tramp seçilməsə, bu, sonuncu seçki olacaq. O, heç də demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir”, – Mask qeyd edib.
O yazır ki, demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gələrsə, qeyri-qanuni mühacirlər gəlməyə davam edəcək və növbəti seçkilərdə tədricən vətəndaşlıq və səsvermə hüququ əldə edəcəklər.
Onun sözlərinə əsasən, miqrantların səsini qazanan Demokratlar Partiyası dörd ildən sonra rəqibsiz qalacaq və ABŞ-da yeganə seçki demokratların praymerisi olacaq.