Tramp administrasiyasında İrana mümkün hücum planı ilə bağlı ilkin müzakirələr aparılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın əvvəlcədən verdiyi xəbərdarlıqların reallaşdırılması zərurəti yaranacağı təqdirdə, İranın bir sıra hərbi obyektlərinə genişmiqyaslı hava zərbəsinin endirilməsi variantı nəzərdən keçirilib.
Bununla belə, “WSJ” mənbələri vurğulayır ki, məsələ ilə bağlı vahid qərar qəbul edilməyib. Hazırkı mərhələdə ABŞ qoşunlarının və ya hərbi texnikanın bölgəyə köçürülməsi ilə bağlı hər hansı fakt qeydə alınmayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti etirazçıların məhv ediləcəyi təqdirdə ABŞ-ın İrana çox gückü zərbə endirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Aysel Əliyeva
Globalinfo.az