w980 p16x9 2022 02 27T165709Z 839029021 RC2GSS96CWSG RTRMADP 3 UKRAINE CRISIS EU MEASURES

Ermənistan tərəfinin Azərbaycan hərbçilərinə qarşı atəş açması təəssüf doğurur.

Globalinfo.az xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mətbuat konfransında bildirib.

O, Avropa Birliyi ölkələrin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəs pozaraq, əsgərimizi yaralayan terrorçulara qarşı qisas əməliyyatı keçirilib. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.

Paylaş: