Əli Hüseynli: Təqvimdə Qərbi Azərbaycana qayıdış günü də olacaq

q

Bir gün təqvimimizdə Qərbi Azərbaycana qayıdış günü də qeyd olunacaq.

Globalinfo.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı kitabın II cildinin təqdimatı zamanı Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli deyib.

“Hesab edirik ki, tarixi-mədəni irsimizə sahib çıxarkən, islam-xristian və digər bu kimi kəsişmələri özündə ehtiva edən irsimizə də sahib çıxmalıyıq”, – o deyib.