yanginsondurC999n2

Bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonundan yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. 1 nəfərə isə yerində tibbi xidmət göstərilib”, məlumatda qeyd olunub.

    ***14:17

    Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

    Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb.

    Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb.

    Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Paylaş: